Bu ilin yanvar-fevral aylarında Azərbaycanda bankların kreditlər üzrə faiz gəlirləri 714.8 milyon manat təşkil edib.
Bizim.Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,4% artıb.
Qeyd edək ki, martın 1-i tarixinə Azərbaycanda bankların kredit portfeli 30 milyard 118.9 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,5% və ya 138.8 milyon manat çoxdur.
Kredit portfelinin 16 milyard 58 milyon manatı (+0,7%) biznes kreditlərinin, 9 milyard 467.5 milyon manatı (+0,4%) istehlak kreditlərinin, 4 milyard 593.4 milyon manatı (-0,3%) isə ipoteka kreditlərinin payına düşüb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:18 / 03.04.2026
Banklar iki ayda kredit faizlərindən nə qədər gəlir əldə edib? – RƏSMİ
Hazırda oxunan: Banklar iki ayda kredit faizlərindən nə qədər gəlir əldə edib? – RƏSMİ
Hazırda oxunan: Banklar iki ayda kredit faizlərindən nə qədər gəlir əldə edib? – RƏSMİ
604957
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































