Pensiyalar yenə artacaq?

Pensiyalar yenə artacaq?

Hazırda oxunan: Pensiyalar yenə artacaq?

604932

2026-cı ildə Azərbaycanda əmək pensiyalarının artırılması ilə bağlı qərar qüvvəyə minib.

Rəsmi məlumatlara əsasən, pensiyalar ötən ilin orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilib. Artım təxminən 9-10 faiz təşkil edib ki, bu da minlərlə pensiyaçının gəlirlərində artıma səbəb olub.

Bizim.Media xəbər verir ki, pensiya məbləğindən asılı olaraq vətəndaşların aylıq gəlirində orta hesabla 40–50 manat artım qeydə alınıb.

Məsələn, 500 manat civarında pensiya alan şəxslərin aylıq ödənişində təxminən 45 manat artım müşahidə olunur.
 

Bununla yanaşı, artım bütün növ əmək pensiyalarını əhatə edir. Ölkə rəsmiləri bunu əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan növbəti uğurlu addım kimi qiymətləndirirlər.


Son artımlardan sonra ölkədə orta aylıq pensiya məbləği 580 manatdan çoxdur. Yaşa görə pensiya alan vətəndaşlar üçün isə bu göstərici daha yüksəkdir.

Bəs pensiyalar yenə arta bilərmi?

ABŞ-İsrail-İran müharibəsinin fonunda neftin qiymətinin kəskin artması bu ehtimalı yenidən gündəmə gətirib.

Ekspert A.Zeynalov açıqlamasında hazırda bu məsələnin gündəmdə olmadığını bildirib:

“Müharibə uzun müddət davam etsə və neftin qiyməti bir qədər də bahalaşsa, bu məsələ ilin ikinci yarısında müzakirə oluna bilər”. (Metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO