"Paketli qidalara birmənalı olaraq təhlükəli deməyimiz düzgün yanaşma olmaz" - AÇIQLAMA

"Paketli qidalara birmənalı olaraq təhlükəli deməyimiz düzgün yanaşma olmaz" - AÇIQLAMA

Hazırda oxunan: "Paketli qidalara birmənalı olaraq təhlükəli deməyimiz düzgün yanaşma olmaz" - AÇIQLAMA

604930

"Paketli qidalara birmənalı olaraq təhlükəli deməyimiz düzgün yanaşma olmaz. Çünki plastik və ya kağız qablaşdırma çox vaxt qidanı kənar çirklənmədən, havadan və mikroblardan qoruyur.

Burada əsas məsələ paketin özü deyil, onun içinə nələrin olmasıdır. Əgər rasionumuzun böyük hissəsini çox emal olunmuş məhsullar - rəngli şirniyyatlar, şirin qazlı sular və çipslər təşkil edirsə, bədənimizə lazımi vitamin və lif əvəzinə sadəcə boş kalori, həddindən artıq duz və şəkər yükləyirik.

Bu da zamanla özünü təzyiq oynanmaları və ya çəki problemi kimi büruzə verir. Düzdür, hamıda eyni reaksiya olmur, amma risk hər zaman var".

Bizim.Media xəbər verir ki, bu sözləri “Sonxeber.az”a qida eksperti Asim Vəliyev danışıb.

O, açıqlamasında qeyd edib ki, məhsul alarkən qidanın "şəxsiyyət vəsiqəsi" olan etiket məlumatlarını oxumalıyıq:

"İstehsalçılar bəzən şəkəri fərqli adlar altında gizlədirlər. Məsələn, tərkibdə maltodekstrin, dekstroza və ya fruktoza siropu görürüksə, bu elə şəkərdir. Bir də "ilk üçlük qaydası" var: içindəkilər siyahısında ilk sırada nə yazılıbsa, o məhsulun əsasını həmin maddə təşkil edir. Əgər siyahının başında şəkər və ya mənşəyi bəlli olmayan yağlar yazılıbsa, o qidanın faydalılığı şübhə altına düşür.

Yağ məsələsi isə başqa bir mövzudur. Xüsusən "hidrogenləşdirilmiş" sözünü görəndə ehtiyatlı olmaq lazımdır. Bu, çox vaxt trans yağların mövcudluğunu göstərir. Cədvəldəki rəqəmlərə baxarkən 100 qramlıq göstəricini əsas götürmək müqayisəni asanlaşdırır. Məsələn, lif miqdarı aşağı olan qidalar qanda şəkəri sürətlə qaldırır, sonra isə aşağı salaraq bizi tez acdırır. Bu da gün boyu dayanmadan nəsə atışdırmaq istəyi yaradır.

Sonda, paketin fiziki vəziyyəti də vacibdir. Əzilmiş, şişmiş və ya hermetikliyi pozulmuş qablaşdırma tərkibindəki kimyəvi və ya bioloji proseslərin düzgün getmədiyinin əlaməti ola bilər. Məhsulun üzərində göstərilən saxlama temperaturuna isə mütləq əməl edilməlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO