Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaq YENİDƏN xəstəxanaya yerləşdirildi

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaq YENİDƏN xəstəxanaya yerləşdirildi

Hazırda oxunan: Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaq YENİDƏN xəstəxanaya yerləşdirildi

604913

Ötən gün Sumqayıtda dəm qazından zəhərlənən ailənin bütün üzvləri yenidən xəstəxanaya yerləşdiriliblər.

Bizim.Media xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, aprelin 3-də saat 15:00-da Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına altı nəfər (dörd kişi, iki qadın cinsli) hospitalizasiya olunub:

"Dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən şəxslərdən beş nəfər Yoluxucu xəstəliklər şöbəsinə, bir nəfər isə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onların müalicələri davam etdirilir, beş nəfərin vəziyyəti stabil, bir nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir". (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO