Azərbaycan mina təhlükəsinin ən ağır nəticələrini yaşayan ölkələrdən biridir və minalarla ən çox çirklənmiş ölkələr arasında ilk onluqdadır.
Bizim.Media xəbər verir ki, bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev QHT-lərin mina təhlükəsi mövzusunda keçirdiyi ictimai dinləmədə deyib.
Rəsmi məlumatlara görə, işğaldan azad olunmuş ərazilərdə təxminən 11 667 kvadrat kilometr sahə mina və partlayıcı müharibə qalıqları ilə çirklənib. Bu, ölkə ərazisinin 13 faizindən çoxu deməkdir.
Həmin ərazilərdə təxminən 1,5 milyon mina və naməlum sayda partlayıcı sursatın mövcud olduğu bildirilir.
Umud Mirzəyev bildirib ki, 2020-ci il noyabrın 10-dan 2026-cı il 1 aprel tarixinədək 421 nəfər mina qurbanı olub. Onlardan 72 nəfəri həlak olub, 349 nəfəri müxtəlif dərəcəli xəsarət alıb. Son 30 ildə isə Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfərdən artıqdır. Onların 362 nəfəri uşaq, 38 nəfəri qadınlardır.
Bizim.Media


































































































