“Ümumilikdə peşə təhsili alan tələbələrin üçdə iki hissəsi regionlarda yerləşən müəssisələrdə təhsil alır. Bu da regional inkişaf və peşə təhsilinin ölkə üzrə geniş yayılmasının göstəricisidir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə "Regionlarda peşə təhsili: imkanlar və perspektivlər mövzulu" mediaturun təqdimatı zamanı deyib.
“Peşə təhsili sistemində regionların rolu getdikcə artır. Bu isə təkcə peşə təhsilinin paytaxt və böyük şəhərlərlə məhdudlaşmadığını, həmçinin bölgələrdə də geniş şəkildə inkişaf etdiyini göstərir.
Regionlarda peşə təhsilinin geniş yayılması yerli kadr potensialının formalaşmasına, əmək bazarının tələblərinə uyğun ixtisasların hazırlanmasına və bölgələrin iqtisadi inkişafına mühüm töhfə verir. Bu, həm təhsil siyasətinin uğurudur, həm də ölkənin davamlı inkişaf strategiyasının vacib elementidir”.
Bizim.Media

































































































