İsmayılovun yarım milyardlıq əmlakı müsadirə olundu

İsmayılovun yarım milyardlıq əmlakı müsadirə olundu

Hazırda oxunan: İsmayılovun yarım milyardlıq əmlakı müsadirə olundu

604846

Rusiyada sabiq yüksək vəzifəli məmurla bağlı məhkəmə qərarı açıqlanıb.
Moskvanın Doroqomilovo Rayon Məhkəməsi Rusiyanın Baş Prokurorluğunun Dağıstanın daxili işlər nazirinin keçmiş müavini Rüfət İsmayılov barəsində qaldırdığı iddianı təmin edib. 

Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qərara əsasən, onun 533 milyon rubl dəyərində əmlakı müsadirə olunub. Qərar dərhal qüvvəyə minib. 

Xatırladaq ki, daha əvvəl Dağıstanda Rüfət İsmayılov və onun müavini Dalqət Abdulqapurov barəsində cinayət işi başlanmışdı. Onlar cinayət işlərinin dayandırılması müqabilində rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar. Hər iki şəxs 2023-cü ilin noyabr ayının əvvəlində saxlanılıb.
 

İstintaq çərçivəsində hüquq-mühafizə orqanları Birləşmiş Ərəb Əmirlikləri ilə də əməkdaşlıq edib. İş üzrə fonoskopik, kompüter-texniki, qiymətləndirmə və linqvistik ekspertizaların nəticələri gözlənilirdi.


Bundan əlavə, Moskvanın Basmannı Rayon Məhkəməsi tərəfindən İsmayılovun adına olduğu ehtimal edilən, lakin üçüncü şəxslərin adına rəsmiləşdirilmiş səkkiz torpaq sahəsi və digər əmlak üzərinə həbs qoyulub. İstintaqın versiyasına görə, o, faktiki sahib olduğu daşınar və daşınmaz əmlakı dörd tanışının adına rəsmiləşdirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO