Dörd tələbəmizdən böyük uğur: dünyanın ən yaxşı universitetində oxuyacaqlar - FOTO

Dörd tələbəmizdən böyük uğur: dünyanın ən yaxşı universitetində oxuyacaqlar - FOTO

Hazırda oxunan: Dörd tələbəmizdən böyük uğur: dünyanın ən yaxşı universitetində oxuyacaqlar - FOTO

604835

Bakı Ali Neft Məktəbinin (BANM) biznesin idarə edilməsi ixtisasının sonuncu kursunda təhsil alan 4 tələbə dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan London İmperial Kollecinin (Imperial College London) magistratura səviyyəsinə qəbul olub.

Bizim.Media xəbər verir ki, bu barədə ali məktəbdən məlumat verilib.
 

BANM tələbələri Həmid Həşimzadə biznes üçün iqtisadiyyat və strategiya, Əflan Bədəlov və Maya Kərimova investisiya və vəsaitlərin idarə olunması, Röya Qasımova maliyyə və mühasibatlıq ixtisasları üzrə təhsillərini davam etdirəcəklər.


Bu tələbələr 2021-ci ildə BANM-ə yüksək balla daxil olub və Prezident təqaüdünə layiq görülüblər. Onlar həm də BANM-in biznesin idarə edilməsi ixtisasının ilk məzunları olacaqlar.

Qeyd edək ki, London İmperial Kolleci 2026-cı il QS reytinq sıralamasına görə ikinci yerdə, Böyük Britaniya ali təhsil müəssisələri arasında isə birinci yerdə qərarlaşan və xüsusilə biznes, maliyyə və iqtisadiyyat sahəsində lider universitetlərdən biridir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO