Gəncədə 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan “Chevrolet”, "Mercedes", "Toyota Corolla" və "BMW" markalı minik avtomobillərinin toqquşması zamanı 2 nəfər - 1989-cu il təvəllüdlü S. Mirzəyev və 1999-cu il təvəllüdlü F. Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Gəncədəki xəstəxanalardan birinə yerləşdiriliblər. Hadisə yerinə DYP əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
































































































