Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

Hazırda oxunan: Şəmkirdə oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO

604068

Şəmkir rayonunun Qaracəmirli kəndində oğlu tərəfindən qətlə yetirilən 66 yaşlı Çiçək Sərdarova orta məktəb müəllimi olub.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, mərhum Qaracəmirli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib, ötən il yaşla bağlı əmək pensiyasına çıxıb.
 

Məlumat üçün bildirək ki, hadisə zamanı qadının ruhi xəstə olan oğlu Anar Allahverdiyev küt alətlə anasını qətlə yetirib.


Daha sonra isə üzərinə sürtkü yağı tökməklə özünü yandıraraq intihar edib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO