Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

Hazırda oxunan: Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama

604061

Abşeronun ən böyük yaşayış məntəqələrindən olan Masazır qəsəbəsində günlərdir su problemi yaşanır.

Bizim.Media xəbər verir ki, bu şikayətlə “Qafqazinfo.az”a qəsəbə sakinləri müraciət ediblər.

Onların sözlərinə görə, qəsəbənin bəzi ərazilərinə içməli su günaşırı verilir. Bu bir yana, artıq 4 gündür ki, içməli su təchizatı təmin olunmur:

“Son dəfə intensiv yağışlar başlamamışdan 1 gün əvvəl su verilib. Çay içməyə suyu mağazalardan alırıq. Körpə uşaqlı evlərdə vəziyyət lap kritikdir. İstilik sistemləri də susuz işləmir”.

Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, qəsəbəni içməli su ilə təmin edən nasos stansiyasında problem yaranıb:

“Bu problem səbəbindən içməli su təminatında yaranan fasilə stansiyada görülən işlər çərçivəsində qismən aradan qaldırılmaqdadır. Sakinlərə gün ərzində bir neçə saatlıq suyun verilməsinə nail olunacaq. Ərazidə su maşınları da xidmət göstərəcək. İntensiv yağışlar səbəbindən nasos stansiyasında yaranmış qəza halının tam aradan qaldırılması istiqamətində digər dövlət qurumları ilə birgə intensiv şəkildə fasiləsiz olaraq bərpa işləri aparılır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO