Şeyx Əbdül Rasim Balayevdən DANIŞDI: “Nəşi axşam gətiriləcək…” - ÖZƏL

Şeyx Əbdül Rasim Balayevdən DANIŞDI: “Nəşi axşam gətiriləcək…” - ÖZƏL

Hazırda oxunan: Şeyx Əbdül Rasim Balayevdən DANIŞDI: “Nəşi axşam gətiriləcək…” - ÖZƏL

603911

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı danışıb.

 

MÖVZU İLƏ BAĞLI:  

Rasim Balayev Birinci Fəxri Xiyabanda dəfn olunacaq

Rasim Balayevlə vida mərasimi bu Teatrda keçiriləcək

 


Bu barədə sənətçi Bizim.Media-ya danışıb. O, 54 illik dostunu itirdiyini deyib:

“Allah hamımıza səbr versin, yeri behişt olsun. Onsuz da haqq dünyasındadır. Xalqa gözəl əsərlər, gözəl ailə qoyub gedir. Demək olar ki, 54 ildir dost idik. Axşam gətiriləcək, yəqin ki, Birinci Fəxri xiyabanda dəfn ediləcək. Çünki Xalq artistidir, dövlət mükafatçısıdır, İstiqlal və Şərəf ordenli sənətkardır.

Rasim Balayev kimi böyük aktyor üçün Vətən torpağının hər yeri fəxri xiyabandır. İdeologiyanın ən böyük təbliğatçılarından biri Rasim Balayev olub. Azərbaycan kinosu, teatrı, əxlaqı və ideologiyası üçün… Həm də gözəl ailə qoyub gedir. Ən böyük var-dövlət gözəl ailə və gözəl balalardır. Milli-mənəvi dəyərdir. Sənətdə nə lazımdısa, hər şeyi etmişdi”.

Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO