Laçın məktəblilərinin bayram tətili gəzintisi - FOTO

Laçın məktəblilərinin bayram tətili gəzintisi - FOTO

Hazırda oxunan: Laçın məktəblilərinin bayram tətili gəzintisi - FOTO

603894

Böyük Qayıdışın sevincini uşaqların gözlərində görmək ən böyük xoşbəxtlikdir. İşğaldan azad olunmuş Laçın şəhərində fəaliyyət göstərən Laçın şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri bayram tətilini unudulmaz xatirələrlə zənginləşdiriblər.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, şagirdlər Laçının görməli yerlərini ziyarət edib, idman kompleksində vaxt keçirib, maraqlı oyunlar oynayıblar.

Eyni zamanda, onlar öz bacarıqlarını nümayiş etdirərək müxtəlif əl işləri hazırlayıb, milli irsimizi əks etdirən xalça və sənət nümunələri ilə yaxından tanış olublar.

Bu anlar doğma yurda qayıdışın, milli dəyərlərə bağlılığın və gələcəyə inamın ən gözəl təcəssümüdür.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO