Qarabağ Universitetinin tələbələri beynəlxalq müsabiqədə iştirak edir - FOTO

Qarabağ Universitetinin tələbələri beynəlxalq müsabiqədə iştirak edir - FOTO

Hazırda oxunan: Qarabağ Universitetinin tələbələri beynəlxalq müsabiqədə iştirak edir - FOTO

603883

Qarabağ Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrindən ibarət iki komandası Vaşinqton və Vyana şəhərlərində hüquq sahəsində keçirilən nüfuzlu beynəlxalq müsabiqələrdə iştirak edirlər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qarabağ Universiteti yayıb.

Qeyd edilib ki, Universitetin bir qrup tələbəsi beynəlxalq hüquq sahəsində ən böyük və mötəbər yarışlardan biri olan “Philip C. Jessup International Law Moot Court Competition” çərçivəsində iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərinə yollanıb.
 

Hər il 100-dən çox ölkədən təxminən 700 hüquq fakültəsinin qatıldığı bu mötəbər müsabiqədə Qarabağ Universiteti 6 tələbə ilə təmsil olunur. Müsabiqə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi (International Court of Justice) formatında təşkil edilir və iştirakçılar beynəlxalq hüquq sahəsində bilik, hüquqi təhlil və çıxış bacarıqlarını nümayiş etdirirlər.


Hüquqşünaslıq ixtisasının tələbələrindən ibarət digər komanda isə beynəlxalq ticarət hüququ sahəsində dünyanın ən nüfuzlu məhkəmə müsabiqələrindən biri hesab olunan “Willem C. Vis International Commercial Arbitration Moot” yarışında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyana şəhərinə yola düşüb.

Beynəlxalq ticarət hüququ sahəsində dünyanın ən nüfuzlu məhkəmə müsabiqələrindən biri hesab olunan bu yarışda Qarabağ Universiteti 5 tələbə ilə təmsil olunur.

Qeyd edək ki, tələbələrin beynəlxalq məhkəmə müsabiqələrinə hazırlığı universitetin müəllimləri, eləcə də Dövlət Proqramı çərçivəsində Kembric və Oksford universitetlərində təhsil almış Cavid Rəhimli və Sona Abdullayevanın rəhbərliyi və dəstəyi ilə həyata keçirilir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO