Xaçmaz rayoninda ötən gün qeydə alınan təbii fəlakətin nəticələri aradan qaldırılır.
MÖVZU İLƏ BAĞLI:
Xaçmazda köməksiz vəziyyətdə qalan 22 nəfər belə xilas edildi – FOTO/VİDEO
Bu barədə Xaçmaz RİH başçısının 1-ci müavini, rayon FHK-nın sədri Anar Oruclu Bizim.Media-ya məlumat verib.
Onun sözlərinə görə, rayonda güclü sel suları ümumilikdə 33 yaşayış məntəqəsində 537 evi basıb.
Ən kritik vəziyyət rayonun Cığatay kəndində və İstisu qəsəbəsində qeydə alınıb. İstisuda 150, Cığatayda isə 80 ev sel suları ilə dolub.
Anar Oruclu ötən gündən evlərdən suyun çəkilməsinə başlanıldığını deyib. Onun sözlərinə görə, bu gün də FHN-in Şimal Regional Mərkəzi və digər qurumlarla birgə ayrılmış briqadalar fəsadların aradan qaldırılması işlərini davam etdirəcəklər.
Qeyd edək ki, sel suları Cığatay kəndindəki ibtidai məktəbin həyətini və zirzəmisini də basıb.
Bu barədə məktəbin direktoru Vəfa Musayeva paylaşım edib.
Xaçmaz FHK-nın sədri Anar Oruclu Cığatay kənd ibtidai məktəbinin su basmış ərazilərində də təmizləmə işləri aparılacağını deyib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu































































































