Son illər Azərbaycanda xarici saytlar vasitəsilə avtomobil sifariş etmək kütləvi hal alıb.
Bizim.Media xəbər verir ki, vətəndaşlar daha çox ikinci əl və ya qəzalı nəqliyyat vasitələrini münasib qiymətə alaraq ölkəyə gətirirlər.
Lakin bu prosesin uzun zaman aparması yerli bazarda yeni bir seqmentin - belə avtomobillərin satışını həyata keçirən saytın yaranmasına gətirib çıxarıb.
Bu kateqoriyada üstünlük təşkil edən Çin istehsalı olan qəzalı avtomobilləri almaq nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı Baku TV-yə fikirlərini bölüşən avtobloqer Araz Mübarizoğlu bildirib ki, seçim zamanı avtomobilin zədə dərəcəsinə xüsusi diqqət yetirilməlidir:
"Biz yeni Çin avtomobillərini təqdim və ya reklam edəndə bu, birmənalı qarşılanmır, bəzən kəskin tənqid olunuruq. Lakin burada əsas məsələ avtomobilin qəza tipidir. Məsələn, ABŞ-dən gələn maşınların əksəriyyəti qəzalı olur. Lakin qapıda kiçik bir cızıq və ya yüngül əzik ciddi problem deyil, usta tərəfindən bir gün ərzində bərpa oluna bilər".
O vurğulayıb ki, yüngül zədələr qorxulu olmasa da, avtomobilin gövdəsi ciddi deformasiyaya uğrayıbsa, belə nəqliyyat vasitələrini almaq risklidir.
Daha ətraflı süjetdə:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:25 / 21.03.2026
İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO
Hazırda oxunan: İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO
Hazırda oxunan: İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO
602811
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































