Hövsanda əri tərəfindən qətlə yetirilən müəllim haqda TƏFƏRRÜAT

Hövsanda əri tərəfindən qətlə yetirilən müəllim haqda TƏFƏRRÜAT

Hazırda oxunan: Hövsanda əri tərəfindən qətlə yetirilən müəllim haqda TƏFƏRRÜAT

602759

Xəbər verildiyi kimi Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 118 saylı məktəbin müəllimi Pərvanə Abbasova qətlə yetirilib. 35 yaşlı Pərvanə Abbasova ötən gün səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Hövsanda müəllim qətlə yetirildi


Qadının qətlində həyat yoldaşı, 43 yaşlı Abbasov Vasif Zahid oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Ailə münaqişəsi zəminində baş verən hadisə ilə bağlı hazırda araşdırma aparılır. Qətlə yetirilən müəllimə haqda bəzi təfərrüatlar məlum olub.

Bizim.Media xəbər verir ki, 1990-cı il təvəllüdlü Pərvanə Abbasova 118 saylı məktəbdə informatika fənnindən dərs deyirmiş.

O, iki uşaq anası idi. 36 yaşlı Pərvanə Abbasova Bakı kompüter kollecini bitirib və 2021-ci ildə müəllim kimi fəaliyyətə başlayıb.

İddialara görə Pərvanə Abbasovanın əri tərəfindən qətlə yetirilməsinə səbəb qısqanclıq olub.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO