Azadlıq prospektində işıqforların işləməməsinin SƏBƏBİ AÇIQLANDI

Azadlıq prospektində işıqforların işləməməsinin SƏBƏBİ AÇIQLANDI

Hazırda oxunan: Azadlıq prospektində işıqforların işləməməsinin SƏBƏBİ AÇIQLANDI

602177

Azadlıq prospektində işıqforların işləməməsinin səbəbi açıqlanıb.

Bizim.Media xəbərə verir ki, bu barədə "Report.az"ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdüri Ömər Xıdırov məlumat verib.

O bildirib ki, paytaxtın Nəsimi rayonu, Azadlıq prospektində işıqforların işləməməsinə səbəb qurğularda yaranan problem yox, ərazidə elektrik enerjisi verilişinin obyektiv səbəblərdən dayandırılmasıdır:

"Məsələ ilə bağlı aidiyyəti üzrə məlumat verilib və işıqforların qısa müddətə işinin bərpa olunması istiqamətində işlər görülür. Sürücülərə tövsiyə olunur ki, ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etsinlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO