Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərin siyahısı genişləndirilir.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Layihəyə görə, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən işçilər dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibbi yoxlama) haqqında rəy təqdim etməlidirlər.
İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində işçilərin sağlamlığı haqqında tibbi arayış və dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibbi yoxlama) haqqında rəy olmadan işçinin müvafiq peşə və vəzifəyə işə qəbul edilməsi qadağandır.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:02 / 18.03.2026
Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ
Hazırda oxunan: Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ
Hazırda oxunan: Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ
602161
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































