Magistraturada dərslər saat neçədə başlayır? – Universitetlərə görə SİYAHI

Magistraturada dərslər saat neçədə başlayır? – Universitetlərə görə SİYAHI

Hazırda oxunan: Magistraturada dərslər saat neçədə başlayır? – Universitetlərə görə SİYAHI

602068

Bakalavrlar arasında magistraturaya marağın azalması məsələsi tez-tez müzakirə edilir. Bununla bağlı müxtəlif səbəblər deyilir. Bunlardan biri  isə məzunların elmi fəaliyyətə yox, əmək bazarına, işləməyə daha çox üstünlük verməsidir. Buna görə də əksəriyyəti magistratura dərslərini, dərs saatlarını işləməyə maneə kimi görürlər.

Nəzərə alaq ki, Azərbaycanda iş yerlərinin əksəriyyəti saat 9:00-18:00 aralığında fəaliyyət göstərir.

Bunu nəzərə alsaq, hansı universitetlərdə magistratura dərslərinin vaxtı işləyən tələbələrə də sərf edir?                                                  

Bizim.Media mövzuyla bağlı Azərbaycanın bəzi universitetlərinə sorğu ünvanlayıb:
 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Elnur Hadıyev bildirib ki, ADNSU-da magistratura dərsləri saat 18:30-da başlayır. Həm həftədə 3, həm də 4 dərsi olan qruplar var.


Azərbaycan Dillər Universitetində isə magistrlar üçün dərslər 17:45-də başlayır. Bunu universitetin mətbuat katibi Cavid Zeynallı bildirib.

1-ci dərs 17:45-19:05, 2-ci dərs 19:10-20:30-dadır”.

Azərbaycan Texniki Universitetinin (AZTU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc İsgəndərova da bildirib ki, universitetdə magistratura səviyyəsində dərslər saat 19:00-da başlayır.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nicat Abdullayev isə qeyd edib ki, AZMİU-da magistratura səviyyəsində dərslər 18:00-da başlayır:
 

“Magistratura səviyyəsində təhsil alan tələbələr üçün dərslər axşam saatlarında təşkil olunur. Bu artıq bir neçə ildir ki, AZMİU-da tətbiq olunur. Burada əsas məqsəd işləyən tələbələrimizin tədris prosesinin təşkil olunmasıdır”.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev sorğumuza cavab olaraq deyib ki, magistratura tələbələri üçün dərslər müxtəlif saatlarda başlayır. Bu, kursdan və ADPU-nun tədris binasından asılı olaraq dəyişir. Ümumilikdə isə əsasən 16.10-da və 17.40-da başlayır.

Nəzrin Mirzəyeva, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO