Monteneqroda 2 Azərbaycan vətəndaşına HÖKM OXUNDU

Monteneqroda 2 Azərbaycan vətəndaşına HÖKM OXUNDU

Hazırda oxunan: Monteneqroda 2 Azərbaycan vətəndaşına HÖKM OXUNDU

601990

Monteneqroda "Zabyelo insidenti" ilə əlaqədar məhkəmə iki azərbaycanlıya hökm oxuyub.

Bizim.Media xəbər verir ki, Azərbaycan vətəndaşları Elçin Musayev və Cəlal Musayev Podqoritsa Məhkəməsində birinci instansiya qərarı ilə zorakılıq hərəkəti törətməkdə günahkar bilinərək iki il müddətinə azadlıqdan məhrum ediliblər.
 

Məhkəmə qərarına əsasən, Musayevlər keçən ilin oktyabr ayında Podqoritsa şəhərinin Zabyelo qəsəbəsindəki "Komanka" kafesinin qarşısında qrup halında Marko Yaçimoviçə hücum edərək onu yerə yıxıb və ona bir neçə yumruq, ayaq və bıçaq zərbəsi endiriblər.


Hakim Borko Lonçar tərəfindən çıxarılan qərara əsasən, təqsirləndirilənlərə eyni zamanda ölkədən beş il müddətinə çıxarılma cəzası da tətbiq olunub və bu müddət hökmün hüquqi qüvvəyə minməsindən hesablanacaq.

Qeyd edək ki, 2025-ci ilin oktyabrında Monteneqronun paytaxtı Podqoritsada kütləvi iğtişaş baş verib. İnsident şəhərin Zabjelo rayonunda qeydə alınıb.Yerli sakin bir qadını müdafiə etməyə çalışarkən bir qrup Türkiyə və Azərbaycan vətəndaşları ilə mübahisə edib və dava bıçaqlanma ilə nəticələnib. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO