Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

Hazırda oxunan: Ən təhlükəli spirtli içki növü MÜƏYYƏN EDİLDİ

601915

Alkomed Klinikasının asılılıq üzrə mütəxəssisi və şöbə müdiri Andrey Tyurin ən təhlükəli spirtli içki növü barədə danışıb.

Bizim.Media xəbər verir ki, mütəxəssisin sözlərinə görə, ən böyük təhlükə qanunsuz və saxta spirtli içkilərdən qaynaqlanır.

O bildirib ki, hər həftə saxta alkoqol qəbul etdikdən sonra ağır zəhərlənmə ilə reanimasiya şöbələrinə yerləşdirilən xəstələr olur.
 

Tyurin qeyd edib ki, belə içkilərin əsas riski onların tərkibində etanol əvəzinə metanol və ya fusel yağları və aldehidlər kimi zərərli maddələrin olmasıdır. Bu maddələr insan orqanizmi üçün son dərəcə təhlükəli hesab olunur.


Həkimin sözlərinə görə, metil spirti güclü zəhərdir və xüsusilə böyrəklərə və görmə sinirinə ciddi zərər verə bilər.

O vurğulayıb ki, bu maddənin cəmi 50–100 qramı belə geri dönməz korluğa və ya ölümə səbəb ola bilər. (e-saglam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO