Yetkinlik yaşına çatmayanı oğurlayıb girov saxlamaqda ittiham edilənlərə HÖKM OXUNDU

Yetkinlik yaşına çatmayanı oğurlayıb girov saxlamaqda ittiham edilənlərə HÖKM OXUNDU

Hazırda oxunan: Yetkinlik yaşına çatmayanı oğurlayıb girov saxlamaqda ittiham edilənlərə HÖKM OXUNDU

601872

Adam oğurluğunda təqsirləndirilən Ağa Tarverdiyev 11 il, Nurlan Zeynalov və Ruslan Məmmədov 11 il 6 ay, Fazil Hacıyev isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Bizim.Media report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.
 

Qeyd edək ki, onlar əlbir olaraq yetkinlik yaşına çatmayan şəxsi oğurlayıb qanunsuz girov saxlamaqla, azad edilməsi müqabilində yaxınlarından pul tələb etməkdə ittiham olunurlar.


Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama) maddələri ilə ittiham edilirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO