Bayram günlərində məktəblərdə neçə gün dərs olmayacaq?

Bayram günlərində məktəblərdə neçə gün dərs olmayacaq?

Hazırda oxunan: Bayram günlərində məktəblərdə neçə gün dərs olmayacaq?

601869

Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar beşgünlük qrafiklə işləyən məktəblərdə 11 gün dərs olmayacaq.

Bizim.Media xəbər verir ki, Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin şənbə və bazar günlərinə təsadüf etməsi və üst-üstə düşməsi ilə əlaqədar əlavə istirahət günləri müəyyən edilib.

Belə ki, 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri kimi qeyri-iş günü hesab olunur. 21 və 22 mart tarixləri müvafiq olaraq şənbə və bazar gününə təsadüf etdiyindən 25 və 26 mart tarixləri də qeyri-iş günü hesab olunacaq.

Ramazan bayramının 20 və 21 mart tarixlərində Novruz günləri ilə üst-üstə düşməsi nəticəsində 27 və 30 mart tarixləri də qeyri-iş günü sayılacaq.

28 və 29 mart tarixləri də müvafiq olaraq həftənin şənbə və bazar gününə təsadüf edəcək. Beləliklə, bayramlardan sonra beşgünlük dərs qrafiki ilə işləyən məktəblərdə ilk dərs günü martın 31-də olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO