Azərbaycanın Baş konsulluğundan Qars bələdiyyəsinə QARDAŞ KÖMƏYİ – FOTO

Azərbaycanın Baş konsulluğundan Qars bələdiyyəsinə QARDAŞ KÖMƏYİ – FOTO

Hazırda oxunan: Azərbaycanın Baş konsulluğundan Qars bələdiyyəsinə QARDAŞ KÖMƏYİ – FOTO

601862

Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun avtomobili Qars Bələdiyyəsinə hədiyyə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Qars Bələdiyyəsinin sosial şəbəkə hesabında məlumat yayılıb.
 

“Məlum olduğu kimi, Qars Bələdiyyə Başçısı professor doktor Ötüken Senger vəzifəyə gəldiyi gündən bəri təxminən 2 ildir ki, bələdiyyəyə məxsus rəsmi xidməti avtomobil olmadığı üçün şəxsi avtomobilini xidməti avtomobil kimi istifadə edirdi. Bu vəziyyəti öyrənən Azərbaycanın Qarsdakı Baş konsulu Zamin Əliyev Qars Bələdiyyəsinə mənalı bir jest edib.


Azərbaycan Respublikasının Qarsdakı Baş konsulluğuna məxsus 2013-cü il istehsalı olan Mercedes markalı avtomobil konsulluq üçün yeni avtomobil alındıqdan sonra Qars Bələdiyyəsinə hədiyyə edilib. Bu jestin iki qardaş ölkə arasındakı dostluq və həmrəyliyin güclü göstəricisi olduğu vurğulanıb”, məlumatda bildirilib.

Qars Bələdiyyə Başçısı professor doktor Ötüken Senger göstərilən dəstəkdən böyük məmnunluq duyduqlarını bildirərək Azərbaycanın Qarsdakı Baş konsulu Zamin Əliyevə təşəkkür edib.

Senger qeyd edib ki, Zamin Əliyev bu jesti edərkən belə deyib:

“Biz qardaşıq; canımız da, malımız da bir-birimizə halaldır. Maddi və mənəvi hər cür çətinlikdə bir-birimizin yanında olmalıyıq.”

Bu sözlərlə qardaşlıq bağlarının bir daha vurğulandığını bildirib.

Azərbaycanın Karsdakı Baş konsulu Zamin Əliyev də açıqlamasında Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın hər zaman güclü olduğunu qeyd edərək belə deyib:

“Kars bizim üçün çox dəyərli bir şəhərdir. Bu şəhərdə qardaşlığımızın, dostluğumuzun və ortaq tariximizin izləri var. Biz bunu bir hədiyyə deyil, qardaş köməyi kimi görürük. Azərbaycan ilə Türkiyə arasındakı ‘iki dövlət, tək millət’ anlayışına uyğun olaraq, həm yaxşı gündə, həm də çətin gündə bir-birimizin yanında olmaq bizim üçün bir vəzifədir.”

Başqan Senger həmçinin bildirib ki, hədiyyə edilən avtomobilin bələdiyyəyə verilməsi prosesində bütün zəruri hüquqi prosedurlar yerinə yetirilib və avtomobilin ÖTV və ƏDV kimi vergiləri ödənilərək Qars Bələdiyyəsinin balansına rəsmi şəkildə daxil edilib.

Senger vurğulayıb ki, Azərbaycan ilə Türkiyə arasındakı güclü qardaşlıq bağları Qars şəhərində hər zaman hiss olunur və bu mənalı dəstək şəhər ilə iki ölkə arasındakı qardaşlığın konkret göstəricisidir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO