Lənkəranda ağır qəza: 1 ölü, 1 yaralı var

Lənkəranda ağır qəza: 1 ölü, 1 yaralı var

Hazırda oxunan: Lənkəranda ağır qəza: 1 ölü, 1 yaralı var

601721

Lənkəran–Boradigah yolunun Separadi kəndindən keçən hissəsində ağır yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, Masallının Mahmudavar kənd sakini, 25 yaşlı Sultan Hacıyev idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Avtomobil əvvəlcə iki rabitə dirəyini aşırıb, sonra körpüyə çırpılaraq çaya düşüb.

Qəza zamanı sürücü və sərnişin – 25 yaşlı Ümid Möhübbətov xəsarət alıblar. Onlar xəstəxanaya çatdırılsa da, Ümid Möhübbətovun həyatını xilas etmək mümkün olmayıb.

Sürücünün vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO