Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - SENSASİON AÇIQLAMA - FOTO

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - SENSASİON AÇIQLAMA - FOTO

Hazırda oxunan: Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - SENSASİON AÇIQLAMA - FOTO

601697

Qarabağdakı keçmiş separatçı-terrorçu rejimin “deputatı” Aramais Ağabekyan sosial şəbəkə paylaşımında İranla bağlı çox ilginc bir fakt açıqlayıb. O, SEPAH-ın Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin vaxtilə separatçı rejimin nəzarətində olan Azərbaycan ərazilərində də şəbəkə qurduğunu etiraf edib.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli qeyd edib.

“Sitat: “Hər şey 3 yanvar 2020-ci ildə, Qüds komandiri Süleymani öldürüldükdə başladı.
 

O, evdə oturub sülh vədləri verməyə inanmayan, əksinə, İraq, Suriya, Livan, hətta Ermənistan və Artsaxda şəbəkə quran adam idi. Süleymani düşmənlərlə evində üzləşməkdənsə, çölə çıxmağın daha yaxşı olduğunu bilirdi, əks halda onlar onun evinə gələcəkdilər.


O, Artsaxın əhəmiyyətini başa düşən və Azərbaycanın hücumunun qarşısını almaq üçün həyatını təhlükəyə atan azsaylı insanlardan biri idi”, - deyə o yazıb.

Qeyd edək ki, Qasım Süleymaninin 1992-ci ildə Qarabağda erməni terrorçularla fotosu da o dövrdə yayılmışdı. (Musavat.com)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO