Rusiya, Qazaxıstan və Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olundu - FOTO

Rusiya, Qazaxıstan və Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olundu - FOTO

Hazırda oxunan: Rusiya, Qazaxıstan və Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olundu - FOTO

601663

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.

Bizim.Media  xəbər verir ki, bu dəfə İrandan 13 nəfər Rusiya, 1 nəfər Qazaxıstan və 4 nəfər Çin vətəndaşı Azərbaycan ərazisinə təxliyə olunub.
 

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.


“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO