Torpaq çıxarışı, qaz və işsizlik – Gədəzeyxur sakinləri problemlərini DİLƏ gətirdi – FOTO

Torpaq çıxarışı, qaz və işsizlik – Gədəzeyxur sakinləri problemlərini DİLƏ gətirdi – FOTO

Hazırda oxunan: Torpaq çıxarışı, qaz və işsizlik – Gədəzeyxur sakinləri problemlərini DİLƏ gətirdi – FOTO

600805

Qusar Rayon İcra Hakimiyyəti başçısının yerlərdə vətəndaşların səyyar qəbulları davam etdirilir. Növbəti səyyar qəbul 10 mart tarixində rayonun Gədəzeyxur kəndində baş tutub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

Səyyar qəbulda rayon icra hakimiyyətinin başçısı ilə yanaşı, RİH Başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə və müəssisələrin, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak edib.


Gədəzeyxur kənd sakinləri səyyar qəbul zamanı torpaq sahəsinə çıxarışın alınmasına köməklik göstərilməsi, elektrik enerjisinin zəif olması, yeni salınmış məhəlləyə qaz xəttinin çəkilməsi, eləcə də işlə təminatla bağlı müraciətlərini səsləndirib.

Həmçinin rayonda aparılan abadlıq-quruculuq işlərinə görə icra başçısına təşəkkürlərini bildiriblər. 

Vətəndaşların qaldırdıqları bütün müraciətlər dinlənilib, onlara müvafiq izahatlar verilib. Rayon icra hakimiyyətinin başçısı qaldırılan məsələlərin mərhələli şəkildə araşdırılaraq həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.











Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO