Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.
Bizim.Media xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na, yəni martın 8-dən 9-na keçən gecəyə təsadüf edir.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.
Xatırladaq ki, Ramazan ayı Azərbaycanda fevralın 19-da başlayıb. Şəvval ayının 1-i, yəni martın 20-də Ramazan (Fitr) bayramı olacaq.
Bizim.Media



























































































