Bu ölkələrdə 8 Martı qeyd etmək qadağandır – Gizlicə bayram edənlər CƏRİMƏLƏNİR

Bu ölkələrdə 8 Martı qeyd etmək qadağandır – Gizlicə bayram edənlər CƏRİMƏLƏNİR

Hazırda oxunan: Bu ölkələrdə 8 Martı qeyd etmək qadağandır – Gizlicə bayram edənlər CƏRİMƏLƏNİR

600198

Hər il əksər ölkələr 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd edir, hətta günlər öncəsindən bu gün üçün həvəslə hazılaşanlar var. Kapitalizmin əsas gəlir mənbəyinə çevrilmiş kommunizmin bu rəmzi günü ölkəmizdə və bir sıra digər MDB respublikalarında Sovet dövründən bəri qeyd olunur.

Lakin keçmiş Sovet İttifaqının bəzi respublikaları bu tarixin qeyd edilməsini qadağan ediblər.

Latviya

2023-cü ildə Əmək Günü (1 May), Qələbə Günü (9 May) və Beynəlxalq Qadınlar Günü (8 Mart) kimi təsnif etdiyi "kommunist bayramlarının" qeyd edilməsini qadağan edən qanun qəbul etdi. Qanuna görə, latışlara bu tarixləri nəinki bayram kimi təyin etmək, hətta təqvimlərində qırmızı rənglə qeyd etmək də qadağandır. Bu qadağa həm vətəndaşlara, həm də xarici turistlərə şamil edilir. 8 martda polis bu qadağaya görə reydlər aparır. Qaydanı pozanları 2000 avroya qədər cərimə gözləyir.

Litva

Litvada da 8 Mart rəsmi bayram hesab edilmir, lakin qonşusundan fərqli olaraq onu qeyd etmək üçün qəti qadağa yoxdur. Litvada 8 Mart adi iş günü hesab olunur, lakin bəzi vətəndaşlar yaxınlarını təbrik edir və hədiyyələr verirlər.

Estoniya

Beynəlxalq Qadınlar Gününün 1990-cı ildə ləğv edildiyi bu ölkədə də vəziyyət oxşardır. Postsovet dövründə müxalifət Beynəlxalq Qadınlar Gününün bayram kimi bərpa edilməsini təklif etmişdi, lakin hakimiyyət rədd etmişdi.

Tacikistan

Bu Orta Asiya respublikası daha ağıllı tərpənib. Kommunizm bu gün var, sabah yoxdur, amma analar hər zaman var. Odur ki, 8 Martı ümumi qadınlar üçün məhdudlaşdırıb, yalnız ana olanlara həsr ediblər. İndi bu bayram Tacikistanda Analar Günü kimi tanınır.

Fransa isə bir nəsil də o yana gedib. 8 Martı “Nənələr günü” kimi qeyd edir. ABŞ, Kanada, Böyük Britaniya 8 martı qeyd etsə də, rəsmi bayram deyil. Almaniyanın isə bəzi şəhərlərində bu gün qeyri-iş günü sayılır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO