Deputat: “Kaş, iş adamlarımız şadlıq evi yerinə, idman mərkəzlərinə pul ayırsınlar”

Deputat: “Kaş, iş adamlarımız şadlıq evi yerinə, idman mərkəzlərinə pul ayırsınlar”

Hazırda oxunan: Deputat: “Kaş, iş adamlarımız şadlıq evi yerinə, idman mərkəzlərinə pul ayırsınlar”

599592

“İnsanlarda fizİki formada xəstəliklərin artmasının səbəblərindən biri artıq çəkidir. Bu, artıq sübut olunmuş bir faktdır. Arzu edərdik ki, ölkəmizdə hörmətli iş adamlarımız şadlıq evlərinin tikintisini sayını azaldıb, daha çox idman sarayları, idman mərkəzlərinin tikintisinə vəsait ayırsınlar. Nə qədər çox idman infrastrukturu qurulsa, bir o qədər azdır”.

Bizim.Media xəbər verir ki, bunu deputat deputat Vüqar İskəndərov Milli Məclisinin Gənclər və idman komitəsində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən görüşdə deyib.

Deputat, həmçinin, regionlarda Olimpiada proqramının qurulmasını təklif edib:

“Gələcəkdə bölgələrdə istedadların erkən aşkarlanması üçün sistemli mexanizm formalaşdırılmalıdır. Xüsusilə komanda idman növlərində və ağır çəkilərdə daha geniş seçim bazasına ehtiyac var. Bunun üçün dövlət, federasiyalar, məktəblər və ailələr arasında əməkdaşlıq qurulmalıdır.

Gənclər və İdman idarələri regionlarda fəaliyyət göstərir, biz təkcə rayon mərkəzləri ilə kifayətlənməməli, mütləq kəndlərə qədər enməliyik. Təcrübə göstərir ki, rayonlar müəyyən qədər əhatə olunur, amma kəndlər geridədir”.

Günay şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO