Bakı metropoliteninin Yaşıl və Qırmızı xətlərində sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı yeni hərəkət qrafikinin sınaqlarına başlanılır. Burada əsas məqsədlərdən biri günorta saatlarında sərnişin axınının tələbata uyğun tənzimlənməsidir.
Bu barədə Bizim.Media-ya "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Odur ki, martın 4-dən "Bakmil" stansiyasına və əks istiqamətə qatarların hərəkət cədvəlinə dəyişikliklər tətbiq edilir. Sınaq müddətində "Nərimanov– Bakmil" sahəsində hərəkət edən sərnişinlər üçün yenilənmiş qrafik təqdim olunur.
Sınaqların gedişi və qeyd olunan istiqamətdə qatarların hərəkət cədvəli ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Bizim.Media
































































































