Azərbaycanda beş icra başçısının müavinlərinin sayı azaldıldı - SİYAHI

Azərbaycanda beş icra başçısının müavinlərinin sayı azaldıldı - SİYAHI

Hazırda oxunan: Azərbaycanda beş icra başçısının müavinlərinin sayı azaldıldı - SİYAHI

599481

Lənkəran, Şəki, Yevlax, Mingəçevir və Şirvan şəhərlərinin icra hakimiyyəti başçılarının müavinlərinin sayı azaldılıb.

Bizim.Media İqtisadiyyat.az-a istinadla xəbər verir ki, həmin icra hakimiyyətlərində başçının müavini vəzifəsinin sayı dörddən üçə endirilib.

Məlumata görə, yeni struktur dəyişikliyi ilə əlaqədar sözügedən şəhərlərin icra hakimiyyəti başçılarının müavinlərinin yeni vəzifələri müəyyənləşib:

- Başçının birinci müavini,

- Başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri,

- Başçının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri.

Xatırladaq ki, əvvəllər bu şəhərlərin icra başçılarının müavinlərindən biri birinci müavin, digərləri Şəhər təsərrüfatı şöbəsinin müdiri, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifələrini icra ediblər.
 

Qeyd edək ki, ölkənin ən böyük şəhəri olan Bakının icra hakimiyyətində başçının cəmi dörd müavin postu mövcuddur. İcra başçısının ən çox müavini olan şəhərlərin sayı ikidir. Belə ki, Sumqayıt və Gəncə Şəhər İcra hakimiyyətlərində başçının müavini vəzifəsinin sayı beşdir.


Paytaxtın 12 rayonunda və ölkənin əksər rayonlarında icra başçılarının müavini postunun sayı üçdür. Naftalan Şəhər İcra Hakimiyyətində isə başçının birinci müavini vəzifəsi mövcud deyil və cəmi iki müavin postu var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO