Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə “TikTok” sosial şəbəkəsində saxta hesablardan istifadə edərək vətəndaşların ünvanına nalayiq ifadələr yazan şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırmalarla onun 27 yaşlı rayon sakini İlham Abdullayev olduğu müəyyən edilib.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə İ.Abdullayev 25 gün müddətinə inzibati qaydada həbs olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:25 / 03.03.2026
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu – VİDEO
Hazırda oxunan: "TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu – VİDEO
Hazırda oxunan: "TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu – VİDEO
599329
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































