Şir 10 yaşlı məktəblini qəfəsinə sürüklədi

Şir 10 yaşlı məktəblini qəfəsinə sürüklədi

Hazırda oxunan: Şir 10 yaşlı məktəblini qəfəsinə sürüklədi

599326

Çinin Şantou şəhərindəki (Quan­dun əyaləti) zooparkda şir 10 yaşlı məktəbli qızı qəfəsinə sürükləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Shanghai Daily nəşri məlumat yayıb.

Bildirilir ki, azyaşlı qız heyvanı metal barmaqlıqlar arasından yemləmək üçün həddən artıq yaxınlaşıb. Həmin anda şir onun şalvarından tutaraq içəri – qəfəsə tərəf dartıb.

Xoşbəxtlikdən, hadisə faciə ilə nəticələnməyib. Yaxınlıqda olan bir kişi operativ reaksiya verərək qızı dərhal bayıra çıxarıb.

Uşaq daha sonra xəstəxanaya aparılıb. Ona yaralara tibbi müdaxilə göstərilib və quduzluğa qarşı peyvənd vurulub.

Hadisədən sonra zoopark müvəqqəti bağlanıb. Müəssisə əməkdaşları isə ziyarətçiləri yırtıcı heyvanlara həddindən artıq yaxın buraxmaqda ittiham edilərək müvəqqəti olaraq işdən uzaqlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO