“Regionda və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiya dərin narahatlıq doğurur”.
Bizim.Media xəbər verir ki, bu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) regional hərbi eskalasiyaya dair bəyanatında qeyd edilib.
“Qəti şəkildə, bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırırıq.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinin vacibliyini vurğulayırıq”, - bəyanatda vurğulanıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:58 / 28.02.2026
Rəsmi Bakı tərəfləri təmkinli olmağa ÇAĞIRDI
Hazırda oxunan: Rəsmi Bakı tərəfləri təmkinli olmağa ÇAĞIRDI
Hazırda oxunan: Rəsmi Bakı tərəfləri təmkinli olmağa ÇAĞIRDI
598878
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































