“İDDO Psixi Sağlamlıq Proqramı” İctimai Birliyinin rəhbəri Jalə Əhmədova barəsində inzibati protokol tərtib edilib.
Bizim.Media “Teleqraf.az”a istinadla xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma) üzrə rəsmiləşdirilib.
Qərara əsasən, Jalə Əhmədova 2 min manat məbləğində cərimə olunub.
Bildirilib ki, İctimai Birlikdə çalışan əməkdaşlardan biri əmək hüquqlarının pozulması ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edib.
Xidmət məsələ ilə əlaqədar İctimai Birliyə rəsmi məktub ünvanlayaraq, şikayətdə adı çəkilən vətəndaşa aid sənədlərin 7 iş günü ərzində təqdim olunmasını tələb edib.
Lakin göstərilən müddət ərzində həmin sənədlər Xidmətə təqdim edilməyib.
Bu səbəbdən də Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə protokol tərtib edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:12 / 26.02.2026
Jalə Əhmədova 2 min manat CƏRİMƏLƏNDİ
Hazırda oxunan: Jalə Əhmədova 2 min manat CƏRİMƏLƏNDİ
Hazırda oxunan: Jalə Əhmədova 2 min manat CƏRİMƏLƏNDİ
598447
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































