Sertifikasiyadan kəsilən müəllimlər bu yola əl atdı: Cinayət işi açıldı

Sertifikasiyadan kəsilən müəllimlər bu yola əl atdı: Cinayət işi açıldı

Hazırda oxunan: Sertifikasiyadan kəsilən müəllimlər bu yola əl atdı: Cinayət işi açıldı

597552

Goranboyda sertifikasiya imtahanından kəsilən müəllimlərə qarşı dələduzluq edilib.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, 47 yaşlı rayon sakini Salman Qəmbərov (ad və soyad şərtidir) xeyli miqdarda dələduzluqda təqsirləndirilir.

İttiham aktına görə, rayon ərazisindəki orta məktəblərdə ayrı-ayrı fənlərdən dərs keçən 3 müəllim Elm və Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya imtahanından kəsiliblər. Lakin onlara daha 1 il də işləyib imtahan vermələri üçün şərait yaradılıb. Bu zaman onlar bəzi şəxslərin vasitəsilə Salmanla tanış olublar. Salman onlara növbəti il keçiriləcək sertifikasiya imtahanından 50-dən yuxarı bal yazılacağına dair vəd verib. Bunun üçün hər birindən 9 min manat olmaqla, ümumilikdə 27 min manat pul alıb.

Beləcə, Salmana arxayın olub imtahana girən 3 müəllimin ikisi 30-dan yuxarı, biri isə 30-dan aşağı bal toplayıblar. Aldandığını başa düşən müəllimlər polisə müraciət ediblər. Nəticədə Salman Qəmbərov saxlanılıb və barəsində cinayət işi başlanıb.

İstintaq zamanı Salman hər üç müəllimə vurduğu ziyanı tam ödəyib. Zərərçəkənlər ondan şikayətçi olmadıqlarını və onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş ediblər.

Məhkəmənin qərarı ilə Salman Qəmbərov 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO