Şəki ədəbi mühitinin tanınmış nümayəndələrindən olan Namizəd Xalidoğlu xərçəng xəstəliyindən vəfat edib.
Bu barədə Bizim.Media-ya mərhumun oğlu Rövzət Zəkəriyyəyev məlumat verib.
Onun sözlərinə görə, xərçəng xəstəliyinə qəfil yoluxan Namizəd Xalidoğlu cəmi 20 gün yaşayıb. Onu xərçəngin caynağından xilas etmək mümkün olmayıb. Aparılan müalicə kursları səmərə verməyib.
71 yaşlı şair Namizəd Xalidoğlu Qoca Xalid imzası ilə yazırdı. Şəkinin Kiçik Dəhnə kəndində doğulan şairin kiçik qardaşı, bir neçə il əvvəl vəfat edən Tahir Xalidoğlu da şair idi. Atasız böyüyən hər iki şair – Namizəd və Tahir Xalidoğlular heç vaxt şəhər mühiti axtarmayıblar. Elə kəndimizdə yaşayıb yaradıblar.
Onlar qonşumuz olublar. Ata nənələri Pəri və anaları Qəribə Zəkəriyeva onları halal zəhmətləri ilə böyüdüblər.
Namizəd Xalidoğlu Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. O, Rusiya Elm və İncəsənət Akademiyasının müxbir üzvü idi.
Namizəd və Tahir Xalidoğlular doğmalarına və sevənlərinə kənd mühitində yaşayıb-yaratsalar da, mərkəzdə nəşr olunan kitablarını yadigar qoyublar.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
17:45 / 17.02.2026
Şəkidə dünyasını dəyişən şairlə bağlı yeni TƏFƏRRÜAT - FOTO
Hazırda oxunan: Şəkidə dünyasını dəyişən şairlə bağlı yeni TƏFƏRRÜAT - FOTO
Hazırda oxunan: Şəkidə dünyasını dəyişən şairlə bağlı yeni TƏFƏRRÜAT - FOTO
596825
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































