Tovuzda kafe əşyaları ilə birgə yanaraq külə döndü

Tovuzda kafe əşyaları ilə birgə yanaraq külə döndü

Hazırda oxunan: Tovuzda kafe əşyaları ilə birgə yanaraq külə döndü

596468

Tovuzda yanğın hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakininə məxsus, sahəsi 150 m²-ə yaxın olan kafedə anidən yanğın başlayıb.

Dərhal əraziyə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb edilib.
 

Yanğın söndürülsə də kafe əşyaları ilə birlikdə yanaraq külə dönüb. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.


Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO