Şirvanda keçmiş həyat yoldaşını bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən Tural Qanbayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Tural Qanbayev 14 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə ötən il oktyabr ayında Şirvan şəhərində baş verib. Təqsirləndirilən Tural Qanbayev keçmiş həyat yoldaşı Lamiyə Qanbayevaya ailə-məişət münaqişəsi zəminində baş verən mübahisə nəticəsində 11 bıçaq zərbəsi vurub, sonra sirkə turşusu içərək intihara cəhd edib.
Lamiyə Qanbayeva “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşıdır.
Bizim.Media





























































































