Şəhid oğluna yüksək vəzifə VERİLDİ – FOTO

Şəhid oğluna yüksək vəzifə VERİLDİ – FOTO

Hazırda oxunan: Şəhid oğluna yüksək vəzifə VERİLDİ – FOTO

595994

Şimal-Qərb bölgəsində iki idarə rəisi işdən çıxarılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Balakən və Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları vəzifəsindən azad edilib. 

Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinə 2016-cı ildən rəhbərlik edən Məhəmməd Şərifov işdən çıxarılıb. Direktor əvəzi vəzifəsinə isə Elvin Səmədov gətirilib.  
 

Xatırladaq ki, Elvin Səmədov bir neçə il idi ki, həmin idarədə direktorun müavini işləyirdi. O, Birinci Qarabağ müharibəsi şəhidi Rafiq Səmədovun oğludur. 


Digər bir əmrlə 2016-cı ildən Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinə rəhbərlik edən Rahib Əhmədov da vəzifəsindən azad edilib. Onun yerinə Namiq Ağayev direktor əvəzi təyin olunub. 


Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO