İsveçrədə əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılması ilə bağlı referendum 14 iyun 2026-cı ildə keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Swissinfo” məlumat yayıb.
Məlumata görə, dekabr ayında keçirilmiş sorğunun nəticələrinə əsasən, ölkə əhalisinin 48 faizi sağ yönlü İsveçrə Xalq Partiyası tərəfindən irəli sürülmüş təşəbbüsə səs verməyə hazır olduğunu bildirib.
İsveçrəli seçicilər iyun ayında eyni zamanda mülki xidmətin islahatı məsələsini də səsverməyə çıxaracaqlar. İsveçrə hökuməti səsvermənin tarixini fevralın 11-də təsdiqləyib.
“İsveçrədə on milyon nəfərə yox” adlı təşəbbüs ölkənin daimi əhalisinin sayının 2050-ci ilədək 10 milyon nəfərlə məhdudlaşdırılmasını nəzərdə tutur. Təklifə əsasən, əhalinin sayı 9,5 milyon nəfəri keçdiyi halda hökumət və parlament müvafiq tədbirlər görməlidir.
Həm hökumət, həm də qanunverici orqan təşəbbüsü rədd edib.
Referendumun ikinci sualı mülki xidmətə çıxış qaydalarının sərtləşdirilməsi planı ilə bağlıdır. Parlament tərəfindən təsdiqlənmiş islahat ordudan mülki xidmətə keçən çağırışçıların sayını azaltmağı hədəfləyir. Hökumət orduda illik çağırış sayını təxminən 6,6 min nəfərdən 4 min nəfərə endirməyi planlaşdırır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:44 / 13.02.2026
Əhali sayının 10 milyonu keçməsinə “stop” qoyacaqlar
Hazırda oxunan: Əhali sayının 10 milyonu keçməsinə “stop” qoyacaqlar
Hazırda oxunan: Əhali sayının 10 milyonu keçməsinə “stop” qoyacaqlar
595983
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































