"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı - VİDEO

"Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı - VİDEO

Hazırda oxunan: "Temu"dan məhsul sifariş etdi, başına gəlməyən oyun qalmadı - VİDEO

595970

Son zamanlar onlayn alış-veriş platformalarından istifadənin sayı artıb. Bunun fonunda karqo şirkətləri ilə bağlı problemlər də qabarıb.

Bizim.Media xəbər verir ki, bir çoxları sosial şəbəkələrdə məhsulların gec və ya defektli vəziyyətdə gəlməsindən şikayətlənirlər.

Hətta elə karqo şirkətləri var ki, sifariş olunan və geri qaytarılan malları mənimsəməkdə ittiham olunur. İddialara görə, bu cür hallara daha çox "Temu"dan sifariş olunan malların çatdırılmasında rast gəlinir.

Şikayətçi Tofiqə Qurbanova da bununla bağlı başına gələnləri Baku TV-yə danışıb.
Tofiqə Qurbanova "Temu"dan məhsul sifariş verib. Daha sonra məhsulun çatdırılması gecikdiyi üçün sifarişi ləğv etmək məqsədilə platformaya müraciət edib.
 

Vətəndaşa ödəniş məbləği qaytarılıb və ona məhsulun geri göndərilməsinə ehtiyac olmadığı bildirilib. Bundan sonra o, bağlamanı təhvil almaq məqsədilə "166 Cargo" şirkəti ilə əlaqə yaradıb. Onlar sifarişi götürmək üçün vətəndaşı "Kargolux"a yönləndiriblər. Şirkət əməkdaşları isə bağlamanın gömrük orqanına təhvil verildiyini deyiblər.


Mövcud vəziyyətlə bağlı adıçəkilən karqo şirkətindən verilən məlumata görə, onlara bildirilib ki, həmin məhsul gömrüyə təhvil verilməlidir. Dövlət Gömrük Komitəsindən isə qeyd edilib ki, bağlama gömrük nəzarətindən keçib və daşıyıcı şirkətə təhvil verilib.

Daha sonra gömrük tərəfinə qaytarılması tələb olunmayıb. Şikayətçi isə əlaqə saxlayaraq bağlamasının ona təhvil verildiyini bildirib.

Daha ətraflı BakuTV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO