Azərbaycanda da Visa və MasterCard-dan İMTİNA EDİLİR?

Azərbaycanda da Visa və MasterCard-dan İMTİNA EDİLİR?

Hazırda oxunan: Azərbaycanda da Visa və MasterCard-dan İMTİNA EDİLİR?

595917

Xəbər verdiyimiz kimi, Avropa Visa və MasterCard-dan imtina etməyi planlaşdırır.

Avropa Ödəniş Təşəbbüsünün (EPI) açıqlamasına görə, Avropa beynəlxalq ödəniş sistemlərindən çox asılıdır. Bu səbəbdən artıq sərhədlərarası ödənişlər üçün milli həllərə yönəlməyi hədəfləyirlər. Avropa Mərkəzi Bankının məlumatına görə isə 2022-ci ildə Visa və Mastercard-a Avrozonadakı əməliyyatların demək olar ki, az hissəsi düşüb, 13 ölkədə isə milli alternativ yoxdur.

Bəs ölkəmizin bankçılıq sahəsində də bənzər addım atıla bilərmi? Azərbaycanın Visa və MasterCard-dan imtina etməsi gündəmə gələcək?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, bu sahədə kifayət qədər çox aspektli təhlükəsizlik faktorları var:

“Avropa Birliyinin yeni məhsullar üzrə xidmətlərdən istifadə etməsi öz-özlüyündə müəyyən çağırışlar formalaşdırır. Orta və uzunmüddətli dövrdə bu xidmətlər arasında inteqrasiya və tələb olunan resurslar səbəbilə xidməthaqqılarından asılı olaraq Azərbaycan bazarında da müvafiq istiqamətdə tələb ortaya çıxa bilər. Bu proses paralel şəkildə də həyata keçirilə bilər. Bu, o demək deyil ki, Azərbaycan Visa və ya MasterCard-dan imtina etməlidir. Azərbaycanın digər ödəniş sistemləri üzrə müvafiq xidmətlərdən də hər zaman istifadə etmək hüququ var”.

Ekspertin sözlərinə görə, bu məsələdə əsas təyinedici faktor bazarın miqyasıdır:

“Azərbaycan bazarı böyük deyil və bu xidmətlər kiçik bazarlarda daha baha qiymətə başa gəlir. Bu aspektdən əlavə, xidmətlərin bazara cəlb edilməsi də rəqabətliliyi artıra bilər. Bu istiqamətdə xidmətlərin optimallaşması üçün imkanlar formalaşdırıla bilər. Amma görünən odur ki, indiki şərtlər daxilində hələlik bu istiqamətdə elə bir mövqe yoxdur. Hətta Azərbaycan Mərkəzi Bankı daxili ödəniş sistemi formalaşdırıb, rəqabət yaradaraq xidmətlər üzrə tariflərin aşağı düşməsi yönündə imkanlardan istifadə etməyə cəhd göstərir. Bu halda qısamüddətli dövrdə Azərbaycanın Visa və ya MasterCard-dan imtina qərarı qəbul edəcəyi gözlənilmir”.

Fatimə Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO