Alqı-satqı əməliyyatları ilə bağlı XƏBƏRDARLIQ – Notariusda bu məlumatlar verilməsə...

Alqı-satqı əməliyyatları ilə bağlı XƏBƏRDARLIQ – Notariusda bu məlumatlar verilməsə...

Hazırda oxunan: Alqı-satqı əməliyyatları ilə bağlı XƏBƏRDARLIQ – Notariusda bu məlumatlar verilməsə...

595910

İstənilən alqı-satqı, bağışlama və digər əməliyyatlar üçün ilk müraciət etdiyimiz ünvan notarius olur. Təbii ki, notariusun verdiyi sənəd də hər yerdə keçərli sayılır. Amma elə hallar olur ki, notariusun təsdiqlədiyi sənədlərdə də hansısa problemlər üzə çıxır.

Belə vəziyyətdə isə vətəndaş nə edəcəyini bilmir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Fuad Xəlilov deyib ki, müasir hüquqi münasibətlər artıq əvvəlki kimi sadə deyil:
 

“Daşınmaz əmlak, miras, korporativ münasibətlər, ailə hüququ – hamısı mürəkkəbləşib. Amma notariat hələ də əsasən formal təsdiq funksiyası ilə kifayətlənir. Halbuki beynəlxalq təcrübədə notariat mübahisələrin qarşısını alan preventiv hüquq institutu kimi fəaliyyət göstərir. Preventiv hüquq o deməkdir ki, hüquqi problem məhkəmədə yox, ondan əvvəl – notariat mərhələsində həll olunur.


Məsələn, bəzi ölkələrdə notarius tərəflərə təkcə sənədi imzalatmır, həm də deyir ki, “bu addım gələcəkdə hansı hüquqi risklər yarada bilər”. Riskləri izah etməyən notarius orada məsuliyyət daşıyır. Notarius yalnız iradəni təsdiqləyən şəxs deyil, gələcəkdə məhkəmə mübahisəsi yarada biləcək riskləri öncədən müəyyən edən hüquq subyekti olmalıdır. Yəni notariat "məhkəməyə alternativ yox, məhkəməyə qədər hüquqi filtr" funksiyasını icra edir.

Notarius notariat hərəkətini həyata keçirərkən tərəflərə həmin hərəkətin mümkün hüquqi nəticələri və gələcəkdə mübahisə yaratmaq ehtimalı olan risklər barədə aydın və yazılı şəkildə məlumat verməlidir. Hüquqi risklərin izah edilməsi ilə bağlı yazılı sənəd notariat işini ayrılmaz hissəsi hesab olumalıdır.

Bizdə notarius sənədi düzgün tərtib edirsə, adətən iş bitmiş sayılır.

Amma sonradan həmin sənəd məhkəmə mübahisəsinə çevrilirsə, tərəflər "bilmirdim", "izah edilmədi" deyə iddia edirlər. Bu isə həm vətəndaşı, həm də sistemi zəif vəziyyətdə qoyur. Halbuki notariusun əvvəlcədən riskləri yazılı şəkildə izah etməsi bu mübahisələrin böyük hissəsinin qarşısını ala bilər. Məhkəmələrin yükü azalır, hüquqi dövriyyə stabilləşir, notariat aktlarının nüfuzu artır. Ən önəmlisi isə – hüquqi dövlət prinsipi güclənir. Çünki hüquq mübahisə yaranandan sonra yox, yaradılmadan əvvəl işləyir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO