Tovuzda yüksək vəzifəli məmur işdən çıxarıldı - FOTO

Tovuzda yüksək vəzifəli məmur işdən çıxarıldı - FOTO

Hazırda oxunan: Tovuzda yüksək vəzifəli məmur işdən çıxarıldı - FOTO

595684

Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.

Bizim.Media xəbər verir ki, bununla bağlı icra başçısı Məmməd Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Niftalı Qasımov icra başçısının müavini vəzifəsindən azad edilib.
 

O, uzun illərdir icra başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışırdı.


N.Qasımov bu vəzifəyə 2007-2018-ci illərdə Tovuzun icra başçısı işləmiş mərhum Tofiq Zeynalovun dövründə təyin olunmuşdu. Əvvəllər isə Tovuz rayon fövqəladə hallar komissiyasının sədri işləyib. (İqtisadiyyat.az)

Fotoda solda icra başçısı Məmməd Məmmədov, sağda isə Niftalı Qasımov


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO