Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin yeni sədri Vüsal Nəsirli kadr islahatlarına başlayıb.
Bizim.Media xəbər verir ki, AAYDA İdarə Heyətinin sədrinin 70 yaşlı müşaviri Əflatun Qasımov vəzifəsindən azad edilib. Vüsal Nəsirli bununla bağlı müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Əflatun Qasımov uzun illər Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. O, sözügedən qurumda çalışdığı dövrdə AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovla quda olub.
Bundan sonra adı müxtəlif qalmaqallarda hallanan Əflatun Qasımov idarə rəisi vəzifəsindən azad edilib. Yerinə isə özünə yaxınlığı ilə tanınan Əzizov Kamran Gülbala oğlu təyin edilib. (Qaynarinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:58 / 10.02.2026
Vüsal Nəsirli Saleh Məmmədovun müşavir qudasını işdən çıxardı
Hazırda oxunan: Vüsal Nəsirli Saleh Məmmədovun müşavir qudasını işdən çıxardı
Hazırda oxunan: Vüsal Nəsirli Saleh Məmmədovun müşavir qudasını işdən çıxardı
595485
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































