Siyavuş Novruzov: “Təqaüdçünün son ümidini də əlindən alırlar”

Siyavuş Novruzov: “Təqaüdçünün son ümidini də əlindən alırlar”

Hazırda oxunan: Siyavuş Novruzov: “Təqaüdçünün son ümidini də əlindən alırlar”

595434

“İnformasiya texnologiyaları inkişaf etdikdə şəxsiyyət əleyhinə olan cinayətlərin, insanların şərəf və ləyaqətsizliyə qarşı olan hörmətsizliyin sayı artır. Bu vasitələrdən istifadə etməklə iqtisadi, mülkiyyət cinayətkarlığı başlanılıb. Bundan isə ən çox zərər çəkənlər təqaüdçülərdir.

Təqaüdçünün son ümidini də əlindən alırlar, onların bank kartlarının kodlarını öyrənməklə başqa ölkələrin ərazisində oturaraq bu təqaüdçülərin təqaüdlərini mənimsəyirlər, müxtəlif yerlərə köçürürülər və sonradan bunun hesabına gəlir əldə edirlər”.

Bizim.Media xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bugünkü plenar iclasında “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, vətəndaşın xəbəri olmadan onun adına şirkətlər açılır:

“Vətəndaşın kifayət qədər vergi borcu yaranır, bu da həmin vətəndaş üçün müəyyən problemlər yaradır. Bu Konvensiya ilə sənədlərin saxtalaşdırılmasının qarşısı alınacaq. İnformasiya texnologiyaları mülkiyyət hüquqlarına da inteqrasiya olunub. Saxta sənədlər, hətta bələdiyyələrin adından saxta sənədlərin, torpaq sənədlərinin hazırlanması, alqı-satqıya çevrilməsi ilə vətəndaşların aldadılmasının şahidiyik. Konvensiyaya qoşulmaqla, həm də daxili qanunlarımızda ayrı-ayrı məcəllələrdə normaların artırılması ilə bu cinayətkarlığın qarşısının alınmasına öz töhfəmizi verəcəyik”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO